Hikmət Hacıyev Aİ-nin xüsusi nümayəndəsi ilə Trans-Xəzər və TRIPP layihələrini müzakirə edib

Oxunma vaxtı:27 Saniyə

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi səfir Eduard Stiprais ilə regional layihələri müzakirə edib.

Hikmət Hacıyev bununla bağlı “X” sosial media hesabında paylaşım edib.

“Avropa İttifaqının Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi səfir Eduard Stiprais ilə regional əməkdaşlıq, xüsusilə əlaqəlilik, eləcə də Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və TRIPP layihələri ilə bağlı səmərəli müzakirələr apardıq. Azərbaycanın Mərkəzi Asiya Məşvərət Şurasında tam üzvlüyü nəzərə alınmaqla, bu format çərçivəsində əməkdaşlıq üçün mühüm imkanlar mövcuddur”, – paylaşımda qeyd olunub.

Loading

Next Post

İran Hörmüz boğazından keçid üçün yuanla ödəniş tətbiq edə bilər

İran yuanla hesablaşmalara keçilməsi şərti iilə məhdud sayda neft tankerinin Hörmüz boğazından keçməsi mümkünlüyünü nəzərdən keçirir. Bu barədə CNN telekanalı yüksək vəzifəli İran rəsmisinə istinadən məlumat yayıb. ABŞ və İsrail fevralın 28-də hərbi əməliyyata başladıqdan sonra İran Hörmüz boğazında hərəkəti məhdudlaşdırıb və dəniz dəhlizini keçməyə çalışan gəmilərə hücum etməyə başlayıb. […]