İran Hörmüz boğazından keçid üçün yuanla ödəniş tətbiq edə bilər

Oxunma vaxtı:23 Saniyə

İran yuanla hesablaşmalara keçilməsi şərti iilə məhdud sayda neft tankerinin Hörmüz boğazından keçməsi mümkünlüyünü nəzərdən keçirir.

Bu barədə CNN telekanalı yüksək vəzifəli İran rəsmisinə istinadən məlumat yayıb.

ABŞ və İsrail fevralın 28-də hərbi əməliyyata başladıqdan sonra İran Hörmüz boğazında hərəkəti məhdudlaşdırıb və dəniz dəhlizini keçməyə çalışan gəmilərə hücum etməyə başlayıb.

“Financial Times”ın məlumatına görə, bir neçə Avropa ölkəsi, o cümlədən Fransa və İtaliya öz gəmilərinin boğazdan təhlükəsiz keçidinə zəmanət verilməsi ilə bağlı İranla danışıqlara başlayıb.

Loading

Next Post

Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

Azərbaycanın qərb rayonlarından martın 15-i başlayaraq 18-dək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi […]