Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

Oxunma vaxtı:17 Saniyə

Azərbaycanın qərb rayonlarından martın 15-i başlayaraq 18-dək hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi, şimşək çaxacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var. Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Loading

Next Post

Aİ səfirləri Rusiyaya qarşı sanksiyalar siyahısını yarım il müddətinə uzadıb

Avropa İttifaqının 27 ölkəsinin səfirləri 2,6 mindən çox rusiyalı fiziki və hüquqi şəxsə qarşı sanksiyalar siyahısının yarım il müddətinə uzadılması barədə qərarı razılaşdırıblar. Bu barədə TASS-a Brüsseldəki diplomatik mənbə bildirib. “Daimi nümayəndələr (Aİ-nin 27 ölkəsinin Brüsseldəki nümayəndələri) Rusiyaya qarşı qara siyahının sentyabrın 15-dək uzadılması məsələsində kompromisə nail olublar. Bu qərar […]