Bu gün Bakının iki rayonunda qaz olmayacaq

Oxunma vaxtı:30 Saniyə

Bu gün Bakının Sabunçu və Qaradağ rayonlarının qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, iyunun 3-də saat 10:00-dan etibarən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi N.İsmayılov küçəsində yeraltı qaz xəttinin tıxaclanması, Yeni Ramana qəsəbəsində və saat 11:00-dan Qaradağ rayonunun Ələt qəsəbəsində orta təzyiqli qaz xətlərinin hava kompressoru vasitəsilə kipliyə sınaq olunması məqsədi ilə qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin Neftçilər, N.İsmayılov, Sülh küçələrinin, Ramana qəsəbəsinin Deputat, Tolstoy, Qarayev, Bünyatzadə küçələrinin və Qaradağ rayonunun Ələt qəsəbəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Loading

Next Post

Ünvanlı sosial yardıma müraciət sadələşdirilir

Ünvanlı sosial yardım proqramına müraciət prosedurunun daha da təkmilləşdirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Ünvanlı yardım” elektron sistemini yenidən qurub. Bu barədə “Report”a nazirikdən məlumat verilib. Qeyd olunub ki, bundan sonra ünvanlı yardım üçün müraciət edən şəxslərdən aşağıdakı məlumatların qeyd edilməsi tələb olunmayacaq: Ailə üzvlərinin – pensiya, müavinət, təqaüd, […]