Bakı və Kabil “Lazurit” nəqliyyat dəhlizinin inkişafını müzakirə edib

Oxunma vaxtı:34 Saniyə

Əfqanıstanın Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Əbdül Qəni Bəradər Azərbaycan Baş naziri Əli Əsadovla iyulun 2-də keçirdiyi görüşdə “Lazurit” nəqliyyat dəhlizinin inkişafını müzakirə ediblər.

Bu barədə Əfqanıstanın iqtisadiyyat nazirinin müavini “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Məlumatda qeyd olunub ki, Azərbaycan hökumətinin başçısı Əfqanıstanla ixrac və idxal həcmlərini artırmağa hazır olduğunu bildirib.

“Lazurit” dəhlizi Əfqanıstanın xarici ticarəti üçün ən perspektivli alternativ marşrut hesab olunur. Bu marşrut boyunca yerləşən ölkələr əsas əfqan malları – ilk növbədə qurudulmuş meyvələr, dərman bitkiləri və faydalı qazıntılar üçün tutumlu satış bazarlarını təmsil edir”, – paylaşımda vurğulanıb.

Öz növbəsində, “Alemarah” informasiya portalı bildirir ki, Əfqanıstandan olan nümayəndə heyəti İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci sammitində iştirak etmək üçün Azərbaycana gəlib.

Loading

Next Post

Yekaterinburqda həbs edilən Ayaz Səfərov və Şahin Lalayev apellyasiya şikayəti veriblər

Yekaterinburqda keçmiş illərdə qətl törəkməkdə ittiham olunan Ayaz Səfərov və Şahin Lalayev qərara etiraz ediblər.Bu barədə TASS-a Sverdlovsk vilayəti məhkəmələrinin birləşmiş mətbuat xidməti məlumat verib. Əvvəllər Yekaterinburqun Lenin rayon məhkəməsi 8 azərbaycanlını – Ayaz, Akif, Məzahir, Kamal və Bakir Səfərovları, Əhliman Gənciyevi, Şahin Lalayevi və Əziz Abasovu həbs edib. Akif […]