Aşıq Əhlimandan ÜZÜCÜ XƏBƏR

Oxunma vaxtı:47 Saniyə

Tanınmış aşıq, Aşıq Əhliman 6 gün əvvəl ürəyindən əməliyyat olunub.

Bu barədə Sonxeber.az-a onun tələbəsi Elçin məlumat verib.

O bildirib ki, Aşıq Əhlimanın vəziyyəti çox ağır olsa da, hazırda stabildir:

“Ötən həftənin çərşənbə günü o, “Mərkəzi Klinika”da ürəyindən əməliyyat olunub. Əhliman bəyin vəziyyəti ağır idi. Ürəyində 4 damar dəyişiblər. Düzdür, şükür Allaha, dünəndən bir az yaxşılaşıb, amma həkim hələ çox danışmağa icazə vermir. Pandemiya ilə əlaqədar, görüşə də icazə vermirlər”.

Saytımız Aşığın qızı Nəzrin xanımla da əlaqə saxladıqda o da məlumatı təsdiqləyib:

“Bəli, atam 22 fevral 2022-ci il tarixində açıq ürək əməliyyatı keçirib. Vəziyyəti çox pis idi. 11 il əvvəl insult keçirmişdi, indi də ürəyində 4 damar dəyişilib. Atamın immuniteti “sıfır dərəcəsində” idi. Narkozdan yaddaşı gedib-gəlir, məkanı unudur.

Bu gün artıq evə gətirmişik. Müalicəsini ev şəraitində davam etdirəcək. Allah bütün valideynləri qorusun. İstəməzdik, belə olsun, amma nə etmək olar? Atamın sağalmasında əməyi keçən bütün həkim kollektivinə öz ailəmiz adından təşəkkür edirik”.

Loading

Next Post

Əmək pensiyalarının nə qədər artacağı ilə bağlı RƏSMİ AÇIQLAMA

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq ölkəmizdə həyata keçirilən ardıcıl və genişmiqyaslı sosial islahatlar çərçivəsində sosial ödənişlərin, o cümlədən, pensiyaların 2022-ci ilin əvvəlindən növbəti dəfə artırılması təmin edilib. Minimum pensiya 20 faiz artımla 200 manatdan 240 manata çatdırılıb və bu artım 40 min şəxsin pensiyasında artıma imkan verib. Bu barədə […]