Aİ səfirləri Rusiyaya qarşı sanksiyalar siyahısını yarım il müddətinə uzadıb

Oxunma vaxtı:24 Saniyə

Avropa İttifaqının 27 ölkəsinin səfirləri 2,6 mindən çox rusiyalı fiziki və hüquqi şəxsə qarşı sanksiyalar siyahısının yarım il müddətinə uzadılması barədə qərarı razılaşdırıblar.

Bu barədə TASS-a Brüsseldəki diplomatik mənbə bildirib.

“Daimi nümayəndələr (Aİ-nin 27 ölkəsinin Brüsseldəki nümayəndələri) Rusiyaya qarşı qara siyahının sentyabrın 15-dək uzadılması məsələsində kompromisə nail olublar. Bu qərar qara siyahıdan istisnaları nəzərdə tutmur”, – o deyib.

Qeyd olunur ki, əvvəllər Aİ Məhkəməsinin öz xeyrinə qərar çıxarmasına nail olan maliyyəçi Mixail Fridman sanksiya siyahısında qalıb.

Loading

Next Post

60 xarici vətəndaş İrandan Azərbaycan sərhədi ilə təxliyə olunub

Gün ərzində 6 ölkənin 60 vətəndaşı İrandan Azərbaycan sərhədi ilə təxliyə olunub. APA-nın cənub bürosunun məlumatına görə, həmin şəxslərin Astara dövlət sərhədindən buraxılış məntəqəsindən təhlükəsiz şəkildə Azərbaycan tərəfinə keçidi təmin edilib. Təxliyə olunanlar arasında 43 Hindistan, 6 Rusiya, 4 Kanada, 3 Tacikistan, 3 Azərbaycan və 1 Pakistan vətəndaşı var. Təxliyə […]