Araqçi: Tehranla koordinasiya halında Yaponiya gəmiləri Hörmüzdən keçə bilər

Oxunma vaxtı:36 Saniyə

Tehranla koordinasiya halında Yaponiya gəmiləri Hörmüz boğazından keçə bilər.
Bunu “Kyodo” agentliyinə müsahibəsində İran xarici işlər naziri Abbas Araqçi bildirib.
Abbas Araqçi deyib ki, Tehran qlobal enerji daşımaları üçün əsas arteriyalardan biri olan Hörmüz boğazından Yaponiya gəmilərinin keçidini asanlaşdırmağa hazırdır və bu məsələ ilə bağlı Yaponiya ilə danışıqlar davam edir: “Yaponiya kimi ölkələr Tehranla koordinasiya etdiyi halda onların gəmilərinin təhlükəsiz keçidini təmin etməyə hazırdır”.
Abbas Araqçi nəzərə çatdırıb ki, Yaponiya gəmilərinin boğazdan keçidi məsələsi onun Yaponiyanın xarici işlər naziri Motegi Toshimitsu ilə son danışıqlarında müzakirə olunub. İran XİN başçısı müzakirələr davam etdiyini söyləyib, ancaq detalları açıqlamayıb.

Qeyd edək ki, Yaponiya xam neft idxalının 90 faizdən çoxunu Yaxın Şərqdən təmin edir və bu tədarükün böyük hissəsi məhz bu boğazdan keçir.

Loading

Next Post

KİV: ABŞ-ın İranla müharibədə Xark adasını ələ keçirməkdən başqa çıxış yolu qalmayıb

ABŞ praktik olaraq İranın Xark adasını ələ keçirmək qərarına gəlib. Bu barədə İsrailin “The Jerusalem Post” qəzeti mənbələrə istinadən məlumat verib. “Vəziyyətlə tanış olan iki mənbə nəşrə bildirib ki, ABŞ-ın yüksək vəzifəli rəsmiləri son günlərdə İsrail və digər yerlərdəki həmkarlarına ABŞ-ın İranın Xark adasını ələ keçirmək üçün quru əməliyyatına başlamaqdan […]