Zelenski: Ukraynada Rusiyanın zədələmədiyi bir dənə də olsun elektrik stansiyası qalmayıb

Oxunma vaxtı:18 Saniyə

Ukraynada Rusiya zərbələri nəticəsində zədələnməmiş bir dənə də olsun elektrik stansiyası qalmayıb.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransında bildirib.

“Artıq dörd uzun ildir ki, Rusiya çoxlu sayda ballistik raketdən istifadə edir və hücumlar həyata keçirir. Zərbələrin əksəriyyəti bizim elektrik stansiyalarımıza və digər kritik infrastruktura yönəlib. Ukraynada Rusiya zərbələri nəticəsində zədələnməmiş bir dənə də olsun elektrik stansiyası qalmayıb”, – o deyib.

Loading

Next Post

Kürdəmirdə kanalda meyit tapılması ilə bağlı araşdırma aparılır

Kürdəmirdə su kanalından 60 yaşlı kişinin meyiti tapılıb. Hadisə rayonun Sığırlı kəndi ərazisində qeydə alınıb. Belə ki,rayonun Şilyan kənd sakini 1966-cı il təvəllüdlü Şirəliyev İxtiyar Tarıverdi oğlunun cansız bədəni su kanalından aşkarlanıb. Hadisə yerinə FHN-nin xüsusi riskli qəza xidmətinin əməkdaşları cəlb olunub. İxtiyar Şirəliyevin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil […]