Kürdəmirdə kanalda meyit tapılması ilə bağlı araşdırma aparılır

Oxunma vaxtı:18 Saniyə

Kürdəmirdə su kanalından 60 yaşlı kişinin meyiti tapılıb.

Hadisə rayonun Sığırlı kəndi ərazisində qeydə alınıb.

Belə ki,rayonun Şilyan kənd sakini 1966-cı il təvəllüdlü Şirəliyev İxtiyar Tarıverdi oğlunun cansız bədəni su kanalından aşkarlanıb.

Hadisə yerinə FHN-nin xüsusi riskli qəza xidmətinin əməkdaşları cəlb olunub. İxtiyar Şirəliyevin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokururluğunda araşdırma aparılır.(“Report”)

Loading

Next Post

Sabah 1 şəhər və 3 rayonda 73 mindən çox abonentin qazı olmayacaq

Sabah İmişli, Saatlı, Sabirabad rayonlarının, həmçinin Şirvan şəhərinin bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, SOCAR-ın “Qaz İxrac” İdarəsi tərəfindən diametri 530/377/325 mm-lik “Azadkənd-İmişli” yüksək təzyiqli magistral qaz kəmərində korroziya olan hissələri təmir ediləcək. Bu məqsədlə saat 09:00-dan […]