Ağdamda iş qəzası zamanı xəsarət alan fəhlə xəstəxanada ölüb

Oxunma vaxtı:19 Saniyə

Ağdam şəhərində iş qəzası zamanı xəsarət alan fəhlə xəstəxanada ölüb.

“Report”un Qarabağ bürosunun məlumatına görə, hadisə zamanı fəhlə Sənan Mustafayevin sinəsinə armatur batıb.

Bərdə Diaqnostika Mərkəzinə çatdırılan yaralının xilas edilməsi üçün tibb müəssisəsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) xüsusi riskli xilasetmə qrupu da cəlb olunub.

S.Mustafayev Bərdə Rayon Mərkəzi Xəstəxanasında əməliyyata götürülüb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Loading

Next Post

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb

Milli Məclisin mayın 16-da keçiriləcək plenar iclasının gündəliyi açıqlanıb.İclasın gündəliyinə 12 məsələ daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı. 2. “Azərbaycan Respublikası Silahlı Qüvvələri İntizam nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon […]