Tanınmış fitnes zalının sahibi bıçaqlandı

Oxunma vaxtı:31 Saniyə

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

Hadisə Ağ Şəhər Yaşıl ada küçəsində yerləşən “Pubar” iaşə obyektində qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü İsmayılov Fərid Vahid oğlu sözügedən obyektdə idman dərsi keçdiyi tələbəsinin döyüldüyü üçün qarşı tərəfə iradını bildirib.

Hələlik naməlum şəxs F.İsmayılovun əvvəlcə başına şüşə butulkanı çırpıb. Daha sonra bıçaqla ona xəsarət yetirilib. Ağır xəsarətlər alan F.İsmayılov Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Xəstə yerləşdirildiyi tibb müəssisəsində əməliyyat edilib. Həkimlər onun vəziyyətini stabil olaraq qiymətləndirirlər.

Qeyd edək ki, Fərid İsmayılov uzun müddətdir ki, müxtəlif idman zallarında idman təlimçisi kimi işləyir. Nərimanov rayonunda onun özünə məxsus “Lux” idman zalı var.( APA)

Loading

Next Post

Mincivan qəsəbəsinin işğaldan azad olunmasından dörd il ötür

Bu gün – oktyabrın 21-i Zəngilan rayonunun Mincivan qəsəbəsinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyi gündür. Azərbaycanın qədim yaşayış məntəqələrindən biri olan qəsəbənin erməni işğalçılarından təmizlənməsindən dörd il ötür. 2020-ci il oktyabrın 21-də Mincivan qəsəbəsi ilə yanaşı, rayonun Babaylı, Üçüncü Ağalı, Sarıl, Xumarlı, Hacallı, Xurama, Cahangirbəyli, Turabad, İçəri Müşlan, Qıraq […]