Həcc ziyarətində bədbəxt hadisə: Azərbaycanlı zəvvarlar YARALANDI

Oxunma vaxtı:32 Saniyə

Həcc ziyarətində olan iki azərbaycanlı xəsarət alıb.

İyunun 14-də səhər Məkkədə hoteldə qalan iki zəvvar qadın liftin şaxtaya düşməsi nəticəsində yaralanıb.

Zəvvarların səhhəti barədə açıqlama verən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri qeyd edib ki, xəsarət alanların sağlamlıq durumunda ciddi problem yoxdur.

“Zəvvarlar yüngül xəsarət alıblar, onlara ilkin tibbi yardım göstərilib və sağlamlıqları təhlükədə deyil”, – o, “oxu.az”a açıqlamasında bildirib.

Qeyd edək ki, Azərbaycandan həcc ziyarətinə səfər iyunun 4-dən başlayıb. Ümumilikdə 1 500 azərbaycanlı zəvvar təyyarələrlə iyunun 10-dək Məkkəyə çatdırılıb. Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə iyulun 2-dək Vətənə qayıdacaqlar.

Loading

Next Post

Talış kəndinin ilk və tək məzunu - FOTOLAR

Bu gün işğaldan azad edilmiş Talış kəndində ilk dəfə “Son zəng” tədbiri keçirilib. Bununla bağlı Elm və Təhsil Nazirliyi (ETN) məlumat yayıb. Bildirilib ki, Talış kənd tam orta məktəbinin ilk və tək məzunu Səbinə Allasova olub.