Sumqayıtda sexdə partlayış zamanı xəsarət alan şəxs xəstəxanada ölüb

Oxunma vaxtı:26 Saniyə

Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsində yerləşən poladəritmə sexində fevralın 27-də baş verən partlayış zamanı xəsarət alan fəhlələrdən biri müalicə aldığı xəstəxanada həyatını itirib.

“Report”un yerli bürosunun məlumatına görə, sexdə quraşdırılmış sobanın partlaması nəticəsində orada işləyən 1994-cü il təvəllüdlü Elməddin Nurəddin oğlu İsmayılov, Ceyhun Zakir oğlu Davidov (1989) və Coşqun Ruşan oğlu Məmmədov (1997) müxtəlif dərəcəli yanıq xəsarətləri almışdılar.

Yaralılar dərhal tibb müəssisəsinə çatdırılıb. Aparılan müalicə və müayinələrə baxmayaraq 1997-ci il təvəllüdlü C.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Loading

Next Post

Sahibə Qafarova pakistanlı həmkarı ilə regiondakı gərginliyi müzakirə edib

Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Qeyd edilib ki, telefon danışığı zamanı regionda baş verən proseslərdən narahatlıq ifadə olunub. Bildirilib ki, tərəflər həmçinin Azərbaycan Milli Məclisi və Pakistan Milli Assambleyası arasında […]