Sahibə Qafarova pakistanlı həmkarı ilə regiondakı gərginliyi müzakirə edib

Oxunma vaxtı:21 Saniyə

Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq Milli Məclisin sədri Sahibə Qafarovaya zəng edib.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edilib ki, telefon danışığı zamanı regionda baş verən proseslərdən narahatlıq ifadə olunub.

Bildirilib ki, tərəflər həmçinin Azərbaycan Milli Məclisi və Pakistan Milli Assambleyası arasında ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər.

Sülh, sabitlik və əməkdaşlıq baxımından parlamentlər arasında dialoqun əhəmiyyəti qeyd olunub.

Loading

Next Post

Putin Müctəba Xameneini İranın ali lideri seçilməsi münasibətilə təbrik edib

Rusiya Prezidenti Vladimir Putin Müctəba Xameneiyə İranın ali lideri vəzifəsinə seçilməsi münasibətilə təbrik teleqramı göndərib. Bu barədə Kreml məlumat yayıb. “Əminəm ki, Siz atanızın (Əli Xamenei – red.) işini şərəflə davam etdirəcək və ağır sınaqlar qarşısında İran xalqını birləşdirəcəksiniz”, – Putin qeyd edib. O həmçinin vurğulayıb ki, Rusiya İranın etibarlı […]