Rezidenturaya qəbul imtahanı keçiriləcək

alfonsonri
Oxunma vaxtı:22 Saniyə

Rezidenturaya qəbul imtahanının I mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi) 2-ci cəhdi iyunun 19-da Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

“İmtahana buraxılış vərəqəsi” çap etmək üçün linkə daxil olmaq lazımdır.

Qeyd edək ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

Loading

Next Post

İNTERVENSİONAL RADİOLOGİYA VƏ ŞÜA DİAQNOSTİKASI UZMANI

İntervensional radiologiya özündə diaqnostika və müalicəni birləşdirən, radiologiyanın müasir, sürətlə inkişaf edən istiqamətidir. Həkim-intervension radioloq radioloji diaqnostika metodlarının tətbiqindən sonra çox nazik iynələr, elastik kateterlər və rentgen-kompüter avadanlığından müalicə üçün istifadə edir. Burada ümumi narkoz tətbiq olunmur, qan köçürülmür, toxumalar kəsilmir və tikilmir. İntervensionist-rentgen cərrahlar skalpelə müraciət etmədən ən mürəkkəb […]