Bakının Elşən Süleymanov küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq

Oxunma vaxtı:20 Saniyə

Sabah saat 08:00-dan mayın 27-si saat 22:00-a qədər Bakının Nizami rayonunun Elşən Süleymanov küçəsində (Rüstəm Rüstəmov küçəsindən Cəmşid Naxçıvanski küçəsinədək olan hissədə) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar, avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yayıb.

“Sürücülərdən aparılan işlərə anlayışıla yanaşmaları və öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə məlumatda qeyd olunub. 

Loading

Next Post

Komandasında oynamayan futbolçular Azərbaycan yığmasına dəvət olunmayacaqlar

Öz komandasında davamlı şəkildə ehtiyatda oturan futbolçular Azərbaycan yığmasına dəvət olunmayacaqlar. Bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş mətbuat konfransında bildirib. Portuqaliyalı mütəxəssis milliyə dəvət edilən futbolçuların formada olmasının vacibliyini söyləyib: “Hər məşqçinin qərarına hörmətlə yanaşıram. Milliyə dəvət edilən futbolçular mütəmadi şəkildə oynamalıdırlar. Xaricdə çıxış edən oyunçularımız çox azdır. Mən […]