Qazıntı işləri zamanı xətt qırıldı – Ərazi qazsız qaldı

Oxunma vaxtı:25 Saniyə

Bu gün saat 10:00 radələrində Lənkəran rayonunun Liman şəhəri, M. İbayev küçəsində aparılan qazıntı işləri zamanı diametri 225 millimetr olan orta təzyiqli yeraltı qaz kəməri zədələnib.

Bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, zədələnmə nəticəsində qaz sızması baş verib. Qəzanın aradan qaldırılması və təhlükəsizlik tədbirlərinin təmin olunması məqsədilə Liman şəhəri, Nərimanabad qəsəbəsi, Balıqçılar və Üzümçülük yaşayış məntəqələrinin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Məlumata görə, qəza-bərpa işləri başa çatdıqdan sonra abonentlərin qaz təchizatı mərhələli şəkildə bərpa olunacaq.

Loading

Next Post

Ermənistanda 7 iyun seçkiləri - Qərblə Rusiyanın gizli mübarizəsi - ŞƏRH

İyun ayının 7-si Ermənistanda keçiriləcək parlament seçkiləri ölkə tarixinin ən qalmaqallı və vacib seçkisi sayılır. Uzun müddətdir müxalifətlə iqtidar arasında gedən mübarizə bazar günü sandıq başında ölüm-dirim mübarizəsinə çevriləcək. Parlamentdə 101 yer uğrunda gedən mübarizə əslində siyasi rəqabət olmaqdan çıxıb. Çünki seçkilər ölkənin həm daxili siyasi gələcəyi, həm də regiondakı […]