Vilayət Eyvazov DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirib

Oxunma vaxtı:27 Saniyə

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 12-də respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakıda keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 166 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.

Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

Loading

Next Post

Azərbaycan və Yunanıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Afina şəhərində Azərbaycan və Yunanıstan xarici işlər nazirlikləri (XİN) arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Bu barədə Azərbaycan XİN məlumat yayıb. Bildirilib ki, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Yunanıstan nümayəndə heyətinə isə bu ölkənin xarici işlər nazirinin müavini Aleksandra Papadopulu rəhbərlik edib. Görüş çərçivəsində Azərbaycan və […]