Əli Əsədov Mişustinə başsağlığı verdi

Oxunma vaxtı:31 Saniyə

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustinə başsağlığı məktubu ünvanlayıb.

Bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Baş nazir “Crocus City Hall” konsert zalında törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbərin onu dərindən kədərləndirdiyini qeyd edib.

Ə.Əsədov həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların hamısının tezliklə sağalmasını arzulayıb.

Qeyd edək ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a daxil olan naməlum şəxslər insanlara atəş açıblar. Rəsmi Moskva hadisəni terakt adlandırıb. Baş vermiş silahlı hücumda bu dəqiqəyə olan məlumata görə, azı 60 nəfər ölüb, 121-dən çox yaralanan var.

Loading

Next Post

"İnterpol" Rusiyaya dəstək göstərməyə hazırdır

İnterpol “Crocus City Hall”da mülki şəxslərə hücumun araşdırılmasında Rusiya hakimiyyətinə dəstək verməyə hazırdır. Bu barədə İnterpolun Baş katibi Yurgen Ştok bildirib. “Crocus City Hall”a hücumu qətiyyətlə pisləyirəm. Bu, günahsız insanlara qarşı dəhşətli bir hərəkətdir. İnterpol Rusiya hakimiyyətinə istintaqda dəstək verməyə hazırdır”, – o, “X” sosial şəbəkəsindəki hesabında yazıb.(TASS)