Alimlər alzheymer xəstəliyinin inkişafında ehtimal olunan mərhələlərin adını açıqlayıblar

Oxunma vaxtı:32 Saniyə

ABŞ-nin “UCLA Health” (Los-Ancelesdəki Kaliforniya Universiteti ilə əlaqəli Dövlət Səhiyyə Sistemi – red.) alimləri ilk dəfə olaraq insanda alzheymer xəstəliyini inkişaf etdirə biləcəyi 4 xarakterik ssenarini müəyyən ediblər.

Araşdırmanın nəticələri “eBioMedicine” jurnalında dərc olunub.

Fərdi risk faktorlarını nəzərdən keçirmək əvəzinə, tədqiqat 24 mindən çox xəstəlik tarixçəsini təhlil edib və nəticədə xəstəlikdən əvvəl təkrarlanan diaqnostik zəncirlər aşkarlanıb.

Mütəxəssislər xəstəliyin dörd əsas “yolu”nu müəyyən ediblər: psixi pozğunluqlar, beyin fəaliyyətinin pozulması, idrakın tədricən azalması və damar xəstəlikləri. Məlum olub ki, məsələn, hipertoniyadan sonra yaranan depressiya gələcək demensiyanın güclü göstəricisi ola bilər.

Müəlliflər vurğulayıblar ki, alzheymer xəstəliyinin mərhələlərini başa düşmək diaqnoz və müalicəyə yanaşmaları kökündən dəyişə bilər.

Loading

Next Post

Hikmət Hacıyev: Bu gün təbii qazın real alternativi yoxdur

Azərbaycan Prezidentinin köməkçisi − Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Slovakiyanın “Hospodarske noviny” nəşrinə geniş müsahibə verib və rəsmi Bakının iqtisadi siyasəti, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində artan rolu, “yaşıl fanatizm”in niyə kənara qoyulmalı olduğu barədə danışıb. H.Hacıyev Mərkəzi və Şərqi Avropa ölkələrini Azərbaycanın ənənəvi dostları və […]