Türkmənistan Prezidenti Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Oxunma vaxtı:15 Saniyə

Azərbaycanda dövlət səfərində olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Fəxri xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

Türkmənistan prezidenti Ulu Öndərin məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib, önünə tər güllər düzülüb.

Loading

Next Post

İshaq Dar: Pakistan ABŞ-İran dialoqunda vasitəçiliyini davam etdirəcək

Pakistanın Xarici İşlər Nazirliyi (XİN) İsveçrənin Bürgenştok şəhərində həftənin sonunadək davam edəcək texniki ABŞ-İran danışıqları çərçivəsində tərəflərlə qarşılıqlı fəaliyyəti davam etdirəcək. Bu barədə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar “X” sosial şəbəkəsindəki səhifəsində bildirib. Nazir bir daha vurğulayıb ki, Pakistan həm Yaxın Şərqdə, həm də onun xaricində davamlı sülh […]