İshaq Dar: Pakistan ABŞ-İran dialoqunda vasitəçiliyini davam etdirəcək

Oxunma vaxtı:30 Saniyə

Pakistanın Xarici İşlər Nazirliyi (XİN) İsveçrənin Bürgenştok şəhərində həftənin sonunadək davam edəcək texniki ABŞ-İran danışıqları çərçivəsində tərəflərlə qarşılıqlı fəaliyyəti davam etdirəcək.

Bu barədə Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar “X” sosial şəbəkəsindəki səhifəsində bildirib.

Nazir bir daha vurğulayıb ki, Pakistan həm Yaxın Şərqdə, həm də onun xaricində davamlı sülh və sabitliyin əldə olunmasına dəstək verməkdə rol oynayıb və oynamağa davam edəcək.

“İslamabad Anlaşma Memorandumunun icrasına konstruktiv yanaşmaya görə ABŞ-yə və İrana dərin minnətdarlığımı bildirir, eləcə də onların dialoq və diplomatiyaya dəyişməz sadiqliyini qeyd edirəm. Pakistanla yanaşı, vasitəçilik prosesindəki mühüm roluna görə Qətərə xüsusi təşəkkürümü bildirirəm”, – o yazıb.

Loading

Next Post

İlham Əliyev Berdiməhəmmədova Füzulidə hədiyyə etdiyi məscidə görə təşəkkürünü ifadə edib

Azərbaycan Prezidenti İlham Əliyev Füzuli şəhərinə məscid hədiyyə etdiyinə görə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova və Türkmənistana minnətdarlığını bildirib. Azərbaycanda səfərdə olan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla geniştərkibli görüşdə danışan İlham Əliyev bununla bağlı qərarın ötən il Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfəri çərçivəsində qəbul edildiyini və onun təməlinin Türk Dövlətləri Təşkilatının […]