Rus ordusu nə qədər əsgər itirib? – Yeni statistika

Oxunma vaxtı:35 Saniyə

Rusiya qüvvələrinin Ukraynadakı növbəti hədəfi Zaporojye ola bilər.

Bu barədə “Ekonomist” yüksək rütbəli ukraynalı məmura istinadən yazıb.

“Eyni mənbə göstərir ki, Rusiya Ukraynanın 2024-cü ilin avqustunda Kursk bölgəsində ələ keçirdiyi ərazilərin yarısını artıq geri qaytarmış ola bilər ki, bu, Ukraynanın 2023-cü il uğursuz əks-hücumundan sonra yeganə əhəmiyyətli irəliləyişidir”, – nəşr bildirib.

Qeyd olunur ki, döyüş meydanında hər şey “qorxulu” görünür. Rusiya həddindən artıq yüksək itkilərə baxmayaraq, 1000 kilometrlik cəbhə xətti boyunca bir neçə nöqtədə eyni vaxtda əhəmiyyətli irəliləyiş əldə edir. ABŞ-ın hesablamalarına görə, işğalçılar Ukraynada artıq 600 min (ölü və yaralı) əsgər itirib.

“Rusiya Ukraynanın şərqində mühüm logistika mərkəzi olan Pokrovskı mühasirəyə alaraq cənuba doğru irəliləməklə Uqledar ətrafındakı yüksəkliklərə nəzarət edir”, – nəşr vurğulayıb.

Loading

Next Post

Azərbaycan nefti 3% bahalaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 2.25 ABŞ dolları və ya 3% artaraq 76.56 dollarına bərabər olub. Qeyd edək ki, ötən gün Azərbaycan nefti 74.31 dollara ticarət edilib.