Sabah intensiv yağış yağacaq

alfonsonri
Oxunma vaxtı:22 Saniyə

Bakıda və Abşeron yarımadasında martın 9-u günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin gözlənilən hava şəraiti haqqında yaydığı xəbərdalıqda bildirilib.

Qeyd olunub ki, yarımadanın bəzi ərazilərində yağıntının intensivləşəcəyi ehtimalı var.

Azərbaycanın rayonlarında martın 9-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.

Bəzi bölgələrdə gözlənilən yağışlar nəticəsində əksər çaylarda sululuğun artacağı gözlənilir.

Loading

Next Post

Prezidentlər mətbuata bəyanatla çıxış EDİBLƏR

Martın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Egils Levits mətbuata bəyanatlarla çıxış ediblər. Bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.