Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq

Oxunma vaxtı:25 Saniyə

Biləsuvarın bir sıra ərazilərində təmir işləri ilə əlaqədar bu gün elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Biləsuvar Elektrik Şəbəkəsinə daxil olan Köhnəkənd, Muğan, Yuxarı Ağalı kəndləri və Biləsuvar şəhərinin bəzi hissələrində saat 10:00-dan 12:00-dək, Dərvişli, Amankənd, Ağalıkənd, Yuxarı Cürəli, Təzəkənd və Ovçubərə kəndlərində saat 11:00-dan 13:00-dək, eləcə də şəhər ərazisində bir sıra məntəqələrdə saat 14:00-dan 16:00-dək fasilə olacaq.

Görülən işlər yekunlaşdıqdan sonra ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

Loading

Next Post

Beyləqanda bir nəfər suda boğulub

Beyləqanda bir nəfər suda boğulub. Ötən gün rayon sakini Amin Əhmədov Birinci Şahsevən kəndi ərazisindən keçən “Yeni Xan Qızı” adlı beton kanalda çimərkən suda boğularaq ölüb. Amin Əhmədovun meyitinin tapılması üçün axtarışlar davam etdirilir. Fakt üzrə Beyləqan rayon prokurorluğunda araşdırma aparılır.