Rusiya və Serbiya arasında qaz müqaviləsinin müddəti 3 aylıq uzadılıb

Oxunma vaxtı:36 Saniyə

Rusiya və Serbiya arasında təbii qaz müqaviləsinin müddəti üç ay müddətinə uzadılıb.

Bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib.

Vuçiç bildirib ki o, rusiyalı həmkarı Vladimir Putinlə söhbəti zamanı Rusiyadan Serbiyaya təbii qaz tədarükünü təmin edən müqavilənin növbəti üç ay üçün çox sərfəli şərtlərlə uzadılmasına nail olub.

“Biz demək olar ki, bütün sahələr haqqında danışdıq və mənim üçün ən böyük əhəmiyyət kəsb edən məsələ qaz müqaviləsinin növbəti üç ay üçün çox sərfəli şərtlərlə uzadılması oldu. Buna görə də mən Prezident Putinə təşəkkür etdim”, – Vuçiç bildirib.

Onun sözlərinə görə, Belarusdan sonra Avropada ən aşağı təbii qaz qiyməti Serbiyada olacaq.

Vuçiç əlavə edib ki, o, Putinlə Serbiya və Rusiya arasında müxtəlif iqtisadi sahələrdə əməkdaşlıq, xüsusilə 2026–2031-ci illərlə bağlı bütün məsələlər barədə danışıb.

Loading

Next Post

Tural Qurbanov ilk dəfə beynəlxalq oyuna baş hakim kimi təyinat alıb

FIFA referisi Tural Qurbanov ilk dəfə beynəlxalq oyuna baş hakim kimi təyinat alıb. O, 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində keçiriləcək Niderland – Belarus matçını idarə edəcək. T. Qurbanova digər həmyerlimiz Asiman Əzizli və şimali makedoniyalı Aleksandar Qyurkovski köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını İlioski Vlatko […]