“Atam oğlumu maşınla vurdu”

alfonsonri
Oxunma vaxtı:40 Saniyə

Mərhum Xalq artisti Ramiz Novruzun oğlu Cavidan Novruz açıqlaması ilə diqqət çəkib.

OLAY yazır ki, o, “Səhər Mərkəzi” proqramında qonaq olarkən atasının xərçəngə düçar olma səbəbini deyib:

“Bizim genetikamızda xərçəng xəstəliyi heç olmayıb, ilk dəfə peyda oldu. Bunu bir şeylə əlaqələndirirəm. Həkim demişdi ki, bu proses 2019-dan başlayıb. Düşünürəm ki, özünə baxmaqla əlaqəli deyildi. Həmin il bir hadisə olmuşdu. Mərdəkanda bağ evimizdə baş vermişdi. Biz yasda idik, oğlum marketə getmək üçün icazə aldı, getdi. O da sevincək qaça-qaça çıxanda maşın vurdu.

Hamımız hay-həşirlə çölə çıxdıq. Gördük ki, maşının sürücüsü atamdır. Bu da təsadüf idi, yasa gələndə oğlumu maşınla vurdu. Uşaq yerə yıxıldı, onu qucağıma götürüb evdəkilərə verdim. Gördüm ki, atam iki əlini başına qoyub, dizi də yerdə idi. Onu ayağa qaldırıb sakitləşdirməyə çalışdım. Mənə inanın ki, ondan sonra oldu”.

Loading

Next Post

Zülfiyyə övladlığa götürdüyü şəhid Əmrahla FOTO paylaşdı

Aparıcı İlqar Mikayıloğlunun hüquqşünas həyat yoldaşı Zülfiyə Bayramova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. BAKU.WS xəbər verir ki, o, şəxsi instraqram hesabında övladlığa götürdüyü və şəhid olan Əmrahla fotosunu paylaşıb. Bayramova fotoya bu sözləri də əlavə edib: “Mənim haqqında danışdığım Əmrah Bayramov bu şəkildəki igiddir. Əgər siz məni yanlış anlamısınızsa, buyurun şəkilə […]