Namazgah-Lahıc yolunda uçqun olub

Oxunma vaxtı:20 Saniyə

Son günlər ölkə ərazisinə yağan intensiv yağıntılar nəticəsində İsmayıllı rayonu ərazisindəki Namazgah-Lahıc yolunda kiçikmiqyaslı uçqun hadisəsi qeydə alınıb. 

Bu barədə Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib.

“Ölkə ərazisində keçirilən monitorinqlərin nəticəsinə görə, hazırda digər ərazilərdə ekzogen-geoloji proseslərin dinamikasında nisbi stabillik müşahidə olunur. Lakin intensiv yağışların təsirinin növbəti günlərdə müşahidə oluna biləcəyi ehtimalını nəzərə almaq lazımdır”, – Ə.Əliyev qeyd edib.

Loading

Next Post

Rus ordusu nə qədər əsgər itirib? - Yeni statistika

Rusiya qüvvələrinin Ukraynadakı növbəti hədəfi Zaporojye ola bilər. Bu barədə “Ekonomist” yüksək rütbəli ukraynalı məmura istinadən yazıb. “Eyni mənbə göstərir ki, Rusiya Ukraynanın 2024-cü ilin avqustunda Kursk bölgəsində ələ keçirdiyi ərazilərin yarısını artıq geri qaytarmış ola bilər ki, bu, Ukraynanın 2023-cü il uğursuz əks-hücumundan sonra yeganə əhəmiyyətli irəliləyişidir”, – nəşr […]