Rumıniya ölkənin hava məkanında iki gün ərzində ikinci PUA-nı vurub

Oxunma vaxtı:27 Saniyə

Rumıniya Ukrayna ilə sərhəddə, Dunay çayı deltası ərazisində ölkənin hava məkanını pozan, iki gün ərzində ikinci pilotsuz uçuş aparatını (PUA) vurub.

Bu barədə ölkə Prezidenti Nikuşor Dan sosial şəbəkə səhifəsində məlumat verib.

O qeyd edib ki, PUA yerli vaxtla 08:30-da (Bakı vaxtı ilə 9:30-da) Sfıntu-George şəhərindən təxminən 10 km qərbdə vurulub.

Rumıniya Prezidenti vurğulayıb ki, PUA “F-16” qırıcılarından istifadə edilməklə vurulub. Bununla belə, dronun mənşəyi dəqiqləşdirilmir.

Qeyd edək ki, ötən gün Rumıniya lideri ölkənin hava məkanına qanunsuz daxil olan dronun vurulduğunu bəyan etmişdi.

Loading

Next Post

Xəzər rayonunda çətənə kolu yetişdirən şəxs saxlanılıb

Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Şüvəlan qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Hatəm Sultanov saxlanılıb. DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 232 kiloqram olan 46 ədəd çətənə kolu aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi […]