Azərbaycan neftinin qiyməti 70 dollardan aşağı düşüb

Oxunma vaxtı:44 Saniyə


Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,63 ABŞ dolları və ya 4,95 % azalaraq 69,72 ABŞ dolları təşkil edib.

Bu barədə neft bazarındakı mənbə məlumat yayıb.

Hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 68,77 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,58 ABŞ dolları və ya 5,06 % azalaraq 67,16 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Loading

Next Post

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XII tura start verilir

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XII tura start veriləcək. “Azərreyl” “Gənclər” komandası ilə üz-üzə gələcək. Qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında, saat 17:00-da start götürəcək. Qeyd edək ki, XII tura sabah yekun vurulacaq.