Bakı-Qazax yolunda avtomobillə hərəkət mərhələli şəkildə məhdudlaşdırılacaq

Oxunma vaxtı:21 Saniyə

Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 15, 69, 97.7 və 117-ci kilometrlik hissələrində aparılacaq təmir işləri ilə bağlı sabahdan avtonəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlubat yayıb

Məlumata görə, hərəkətin məhdudlaşdırılması aparılan işlər bitənə qədər qüvvədə olacaq.

“Sürücülərdən sözügedən hissələrdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, – deyə agentlik bəyan edib.

Loading

Next Post

Portuqaliya Fələstin dövlətini tanıya bilər

Portuqaliya beynəlxalq proses çərçivəsində və tərəfdaşlarla koordinasiya şəklində Fələstin dövlətini tanımağı nəzərdən keçirir. Bu barədə Portuqaliyanın Baş naziri Luiş Monteneqronun ofisi məlumat yayıb. “Hökumət Fələstinin tanınması məsələsi ilə bağlı prezident və parlament siyasi partiyaları ilə məsləhətləşmələr keçirmək qərarına gəlib. Bu, artıq sentyabrda baş verə bilər”, – məlumatda bildirilib. Sənəddə qeyd […]