Portuqaliya Fələstin dövlətini tanıya bilər

Oxunma vaxtı:19 Saniyə

Portuqaliya beynəlxalq proses çərçivəsində və tərəfdaşlarla koordinasiya şəklində Fələstin dövlətini tanımağı nəzərdən keçirir.

Bu barədə Portuqaliyanın Baş naziri Luiş Monteneqronun ofisi məlumat yayıb.

“Hökumət Fələstinin tanınması məsələsi ilə bağlı prezident və parlament siyasi partiyaları ilə məsləhətləşmələr keçirmək qərarına gəlib. Bu, artıq sentyabrda baş verə bilər”, – məlumatda bildirilib.

Sənəddə qeyd olunur ki, hökumət başçısı parlamentdəki çıxışlarında dəfələrlə Fələstin dövlətinin tanınması prosesinə başlamaq imkanını bəyan edib.

Loading

Next Post

Sabit tarifin tətbiq olunması nə vəd edir? - ARAŞDIRMA

İyulun 28-də “Elektroenergetika haqqında” Qanuna dəyişiklik təsdiqlənib. Bununla elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi – sabit tarif mexanizmi əlavə edilib. Sabit tarif (məsələn, 1 manat) hamı üçün eynidir. Məqsəd elektroenergetika sisteminin sabit […]