DYP: Texniki müayinə mərkəzlərinin iş qrafikində dəyişiklik edilib

Oxunma vaxtı:26 Saniyə

Baş Dövlət Yol Polisi İdarəsinin Sabunçu və Qaradağ rayonlarında yerləşən Texniki Müayinə Mərkəzlərinin iş qrafikində dəyişiklik edilib.

Bu barədəDaxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, həmin mərkəzlər həftənin 1 və 4-cü günləri saat 09:00-dan 22:00-dək, həftənin bazar və bayram günlərində isə saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək.

Nəqliyyat vasitələrinin sahibləri və sürücülər avtomobillərinin dövlət texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəli qaynar xətlə əlaqə saxlaya bilərlər.

Loading

Next Post

Soçidə baş verən yanğına görə 40-a yaxın insan təxliyə edilib

Soçi dağ klasterində anbarda 20 kvadratmetr sahəni əhatə edən yanğınla əlaqədar 40-a yaxın insan təxliyə edilib. Bu barədə jurnalistlərə Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsindən məlumat verilib. “Fevralın 12-də Moskva vaxtı ilə saat 10:52-də Soçi yanğın-xilasetmə qarnizonunun dispetçerinə yanğın barədə məlumat daxil olub. Müəyyən edilib ki, anbarda […]