Bakının Şüvəlan qəsəbəsində işıq olmayacaq

Oxunma vaxtı:23 Saniyə

Bu gün Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə “Azərişıq” ASC məlumat yayıb

Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Şüvəlan qəsəbəsinin bəzi yerlərində iyulun 10-da elektrik naqilləri yenilənəcək.

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 14:00-dək qəsəbənin Nizami və İlqar Muradov küçələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Loading

Next Post

Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb

Beynəlxalq səyyahlar klubu MTP-nin (Most Traveled People) Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Nümayəndə heyətinə 15 ölkədən olan səyyahlar daxildir. Qrupa klubun təsisçisi, amerikalı səyahətçi Çarlz Vili rəhbərlik edir. Üç gün ərzində iştirakçılar Füzuli – Xocavənd – Şuşa – Xankəndi – Xocalı – Ağdam – Kəlbəcər – Laçın – Zəngilan […]