MM-in yaz sessiyasının işləri planına daxil edilmiş 6 layihə qəbul edilməyib – SİYAHI

alfonsonri
Oxunma vaxtı:29 Saniyə

Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına daxil edilmiş 6 qanun layihəsi qəbul edilməyib.

Parlamentin 2022-ci il yaz sessiyasının qanunvericilik işləri planına daxil edilən aşağıdakı qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılmayacaq:

– “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;

– “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi;

– “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi;

– “Ali təhsil haqqında” qanun layihəsi;

– “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi;

İşlər planına daxil edilmiş “Lombardlar haqqında” qanun layihəsi də yaz sessiyasında üçüncü oxunuşda müzakirəyə çıxarılmayacaq.

Qeyd edək ki, Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir.

Loading

Next Post

Paytaxt yollarındakı son vəziyyət açıqlanıb

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb. Mərkəzdən bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir: 1. Ziya Bünyadov prospektinin, Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər – əsas yolda, 20 Yanvar dairəsi […]