Cəbrayılın Horovlu kəndinə köç tarixi AÇIQLANDI

Oxunma vaxtı:34 Saniyə

İşğaldan azad olunan Cəbrayılın Horovlu kəndinin təməli keçən il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Kənddə ilkin olaraq 334 ev tikilir. Birinci mərhələdə 1395 nəfərin, yaxın gələcəkdə isə 3470 nəfərin (867 ailənin) burada məskunlaşması nəzərdə tutulub.

Mövcud məskunlaşma ərazisi 93,74 hektar olsa da, perspektivlər də nəzərə alınaraq kənd ərazisi 246,1 hektar əraziyədək genişləndiriləcək.

Sakinlər üçün inşa edilən evlər iki, üç, dörd və beş otaqlı olacaq. Evlər amfiteatr üslubunda, pilləvarı yerləşdirilib, bir evin həyətindən, digər evin həyəti görünmür.

Həmçinin kənddə 624 yerlik məktəb binasının, 220 yerlik uşaq bağçasının, inzibati binanın, klub icma mərkəzinin və çoxfunksiyalı binanın, bazar kompleksinin, tibb məntəqəsinin, mərasim zalı və qonaq evinin də tikintisi planlaşdırılıb.(AzərTac)

Loading

Next Post

Britaniyada seçkilər: London merinin kim olması iqtidara da təsir edəcək...

Böyük Britaniyada – İngiltərə və Uelsdə 4 illik müddətə bələdiyyə başçılarını, bələdiyyə məclisi üzvlərini və polis komissarlarını seçmək üçün bu gün yerli seçkilər keçiriləcək. Səslər London meri, London Şəhər Şurasının üzvləri və Böyük Britaniya paytaxtından kənarda 10 mer üçün veriləcək. Son iki müddət ərzində London meri vəzifəsini icra edən Sadiq […]