Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb

Oxunma vaxtı:28 Saniyə

Beynəlxalq səyyahlar klubu MTP-nin (Most Traveled People) Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

Nümayəndə heyətinə 15 ölkədən olan səyyahlar daxildir.

Qrupa klubun təsisçisi, amerikalı səyahətçi Çarlz Vili rəhbərlik edir.

Üç gün ərzində iştirakçılar Füzuli – Xocavənd – Şuşa – Xankəndi – Xocalı – Ağdam – Kəlbəcər – Laçın – Zəngilan – Cəbrayıl marşrutu üzrə səyahət etməyi planlaşdırırlar.

Səfərin məqsədi işğaldan sonra bərpa edilmiş ərazilərlə, həmçinin regionda aktiv şəkildə aparılan genişmiqyaslı tikinti işlərinin gedişatı ilə tanışlıqdır.

Qeyd edək ki, son dörd il ərzində beynəlxalq səyyahlar Qarabağ və Şərqi Zəngəzuru 13 dəfə ziyarət ediblər, səfərlər dünyanın ən böyük turizm klublarının dəstəyi ilə təşkil olunur.

Loading

Next Post

Həftəsonu 34 mindən çox abituriyent imtahan verəcək

İyulun 13-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə, həmçinin III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə imtahan keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. İmtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, […]