Binəli Yıldırım: Türkiyə Cənubi Qafqazda sülhün bərqərar edilməsinə tərəfdardır

Oxunma vaxtı:22 Saniyə

Türkiyə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanı dəstəklədi.

Bunu Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü, Türkiyənin tanınmış siyasətçisi Binəli Yıldırım “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun ll panel müzakirəsində deyib.

O bildirib ki, Ankara Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsi və ölkənin ərazi bütövlüyünün təmin olunması üçün bütün siyasi iradəsini ortaya qoymuşdu:

“Bu həm də bizim Cənubi Qafqazda sülhün bərqərar edilməsinə tərəfdar olduğumuzu təsdiqləyir”.

Loading

Next Post

Fransalı senator: Hazırda dünyada beynəlxalq hüquq işləmir

Hazırda dünyada beynəlxalq hüquq işləmir. Bunu Fransa Senatının üzvü Natali Qule ( Nathalie Goulet) “Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən XI Qlobal Bakı Forumunun ll panel müzakirəsində deyib. Onun sözlərinə görə, gələcək reallıqdadır: “Ancaq hazırda real politikada lobbiçillik hökm sürür. Dünyanın belə vəziyyətə gəlməsinə səbəb liderliyin olmamasıdır. Nəyi düzgün etdiyimizi bilmirik. […]