Zəngəzur dəhlizi Cənubi Qafqazı dəyişəcək – Hikmət Hacıyev

DogruSozTv Az
Oxunma vaxtı:1 Dəqiqə, 10 Saniyə

Zəngəzur dəhlizi Avrasiyanın nəqliyyat xəritəsini dəyişmək potensialına malikdir.

Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəngilan Konqres Mərkəzində diplomatik korpus üçün keçirilən brifinqdə bildirib.

“Biz inanırıq ki, Zəngəzur dəhlizi təkcə bizim bölgəmiz üçün deyil, həm də daha geniş Avrasiya məkanında böyük üstünlüklər yarada bilər. Bu dəhliz Avrasiyanın nəqliyyat xəritəsini dəyişmək, rifah, əməkdaşlıq və qarşılıqlı əlaqəni gücləndirmək potensialına malikdir. Bu prosesdə Cənubi Qafqaz, o cümlədən Azərbaycan xüsusi diqqət və əhəmiyyət qazanacaq. Müzakirə etdiyimiz kimi, Zəngilan əvvəllər Azərbaycanın uzaq bölgələrindən biri hesab olunurdu, lakin indi o, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişdiyi nöqtədə yerləşən strateji və mərkəzi bölgələrdən birinə çevrilir. Azərbaycan bu yolların tikintisi və inkişafında əsas rol oynayır, öz hissəsini mümkün qədər tez tamamlayır. Zəngilan və digər bölgələr azad olunduqdan sonra biz Qarabağ–Şərqi Zəngəzur bölgəsində genişmiqyaslı bərpa və yenidənqurma işlərinə, o cümlədən nəqliyyat və əlaqələndirici infrastrukturun yaradılmasına başladıq. Artıq yollar, magistrallar və dəmir yolları inşa olunur. Bizim üçün bu əlaqələndirici xətlər – dəhlizlər, yollar və dəmir yolları – sadəcə tikinti yeri deyil, asfalt deyil, bu, sivilizasiyanın özüdür. Yollar minilliklər boyunca bəşər tarixini dəyişib və biz əminik ki, bu gün tikdiyimiz yollar da bütün Qafqaz regionunu dəyişəcək, müxtəlif regionları birləşdirəcək, rifah və əməkdaşlıq gətirəcək. Azərbaycan bu marşrut boyunca regionun tam transformasiyasını səbirsizliklə gözləyir və bütün Cənubi Qafqaz ölkələrinin inkişafına töhfə vermək niyyətindədir. Bir daha, bu səfərimizə qoşulduğunuz üçün hər birinizə təşəkkür edirəm”, – Hikmət Hacıyev qeyd edib.

Loading

Next Post

Şəhid leytenant Teymur Allahverdiyev Neftçalada dəfn olundu - FOTOLAR

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhid leytenant Allahverdiyev Teymur Qüdrət oğlu dünyaya gəldiyi Neftçala rayonunun Qaçaqkənd kəndində dəfn olunub. 31 oktyabr 2025-ci il tarixində Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid leytenant Allahverdiyev Teymur Qüdrət oğlu ailəsinin yaşadığı Qaçaqkənd kəndində vida mərasimi keçirilib. Vida mərasimindən sonra şəhid […]