Şahin Mustafayev: Gərginlik fonunda Şimal–Cənub dəhlizi əhəmiyyətini bir daha sübut edib

Oxunma vaxtı:21 Saniyə

“Son dövrlərdə regionda yaranan gərginlik fonunda Azərbaycanın ərazisindən keçən Şimal–Cənub nəqliyyat dəhlizi öz əhəmiyyətini bir daha sübut edib”.

Bunu Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev bildirib.

“Gərgin vəziyyətə baxmayaraq, dəhliz fasiləsiz fəaliyyət göstərdi və bütün vəzifələrini yerinə yetirdi”, – o bildirib.

Şahin Mustafayev qeyd edib ki, bu, Azərbaycanın ümumi etibarlılığının göstəricisidir: “Bu kritik situasiyada ərazimizdən keçən dəhlizin dayanıqlılığı ölkəmizin etibarlılığını bir daha təsdiqlədi və bu, çox vacib idi”.

Loading

Next Post

Dövlət başçısı Antalyada Şimali Kipr Prezidenti ilə görüşüb

Aprelin 17-də Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmanla görüşü olub.Bu barədə APA-nın Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir.