Magistratura imtahanının nəticələri açıqlandı

Oxunma vaxtı:52 Saniyə

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 16 fevral 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələrini elan edib.

Bakalavrlar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qeyd edək ki, yekun imtahan balı xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.

Xatırladaq ki, iştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə maksimal 5 bal toplaya bilərlər.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 21926 bakalavrdan 515 nəfəri imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 3 nəfərin nəticəsi ləğv olunub.

İmtahan iştirakçılarının nəticələrlə bağlı apellyasiya müraciətlərinə yekun imtahan balı elan olunduqdan sonra baxılacaq. Öncədən məlumat verildiyi kimi, yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər nəzərə alınacaq.

Cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunduğu üçün təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq.

Loading

Next Post

Nazir rəisə yeni vəzifə verdi - Foto

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Lənkəran müasir penitensiar kompleksinə rəis təyin edilib. Ədliyyə naziri Fərid Əhmədovun müvafiq Əmri ilə İsgəndərov Babək Əhliman oğlu sözügedən vəzifəyə təyin olunub. Babək İsgəndərov bundan əvvəl 12 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində çalışıb. Hazırda həmin müəssisənin rəis vəzifəsinin icrası rəis müavini Cavid Səfərova tapşırılıb. Xatıradaq ki, […]