Şəhid leytenant Teymur Allahverdiyev Neftçalada dəfn olundu – FOTOLAR

DogruSozTv Az
Oxunma vaxtı:47 Saniyə

Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhid leytenant Allahverdiyev Teymur Qüdrət oğlu dünyaya gəldiyi Neftçala rayonunun Qaçaqkənd kəndində dəfn olunub.

31 oktyabr 2025-ci il tarixində Neftçala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid leytenant Allahverdiyev Teymur Qüdrət oğlu ailəsinin yaşadığı Qaçaqkənd kəndində vida mərasimi keçirilib.

Vida mərasimindən sonra şəhid Qaçaqkənd kənd qəbiristanlığında Müdafiə Nazirliyinin təşkilatçılığı ilə yaylım atəşi və orkestrın ifasında Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin ruhuna dualar oxunub, məzarına güllər düzülüb, əkil qoyulub. Onun tabutuna bükülən Azərbaycanın üçrəngli Bayrağı şəhidin oğlu Elmir  Kərimova təqdim edilib. 

Mərasimdə şəhidin ailə üzvləri ilə yanaşı Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Müdafiə Nazirliyinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhidin döyüş yoldaşları, rayon sakinləri, şəhid ailələri, qazilər, media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Allahverdiev Teymur 1967-ci ildə Neftçala rayonunun Qaçaqkənd kəndində anadan olub.1992-ci ildə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə itkin düşüb.

Loading

Next Post

ABŞ hərbi zərbələr endirəcək - Hədəflər açıqlandı

ABŞ prezidenti Donald Trampın administrasiyası Venesueladakı bir sıra hərbi obyektlərə hava zərbələri endirmək barədə qərar qəbul edib. “Miami Herald” nəşrinin məlumatına görə, əməliyyatlar yaxın günlərdə, bəlkə də bir neçə saat ərzində həyata keçirilə bilər. Mənbələrin bildirdiyinə görə, zərbələrin əsas hədəfi “Cartel de los Soles” adlı narkotik kartelinin istifadə etdiyi hərbi […]