Balakənin sabiq icra başçısının həbs müddəti uzadılıb

Oxunma vaxtı:23 Saniyə

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Balakən rayon icra hakimiyyətinin sabiq başçısı İslam Rzayev barəsində seçilmiş həbs qətimkan tədbiri 3 ay müddətinə uzadılıb.

Bu barədə Səbail Rayon Məhkəməsində qərar qəbul olunub.

Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında Balakən Rayon İcra Hakimiyyətində DTX-nin keçirdiyi əməliyyat nəticəsində sabiq icra başçısı İ.Rzayev saxlanılıb.

İslam Rzayev AR Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 311.3.2 (təkrar rüşvət alma) maddələri ilə ittiham olunur.

Loading

Next Post

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır

Tərxis olunan hərbi qulluqçular üçün qeydiyyata düşmə müddəti uzadılır. Bununla bağlı “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməyə dəyişiklik təklif edilir. Bununla bağlı qanun layihəsi parlamentin Gənclər və idman komitəsinin bugünkü iclasında müzakirə olunub. Qeyd edilib ki, vətəndaşlar (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 4.4-cü maddəsində nəzərdə tutulmuş hərbi vəzifəlilər […]