Azərbaycan Prezidenti Hakan Fidanı qəbul edib

Oxunma vaxtı:25 Saniyə

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 18-də Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.

Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.

Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin siyasi, iqtisadi və bütün digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminlik ifadə olunub.

Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Loading

Next Post

İranda öldürülən hakimlər terrorda şübhəli bilinən şəxslərin işlərinə baxırdılar - YENİLƏNİB

İran Ali Məhkəməsinin öldürülən hakimləri terrorçuluq və casusluqda şübhəli bilinənlərin işlərinə baxırdılar. Bu barədə ölkənin məhkəmə hakimiyyətinin mətbuat xidməti məlumat yayıb. Yerli KİV-in məlumatına görə, hücum edən şəxs özünü öldürüb. Dəqiqləşdirilmiş məlumata görə, yaralanan şəxs hakim yox, mühafizəçilərdən biri olub. 12:59Tehranda Ali Məhkəmə binasının qarşısında atışma baş verib. “Report”un məlumatına […]