Üç şəhid Kəlbəcərdə dəfn olundu – GÖRÜNTÜLƏR

Oxunma vaxtı:20 Saniyə

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Yusif İsmayıl oğlu Əzizov, Mehman Camal oğlu Musayev və Qafar Qəmbər oğlu Qarayevin nəşlərinin qalıqları dəfn olunmaq üçün Kəlbəcər rayonuna gətirilib.

Kəlbəcər şəhərinin Şəhidlər xiyabanında keçirilən vida mərasimində şəhidlərin yaxınları, dövlət qurumlarının rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qeyd edək ki, hər üç şəhid 1993-cü il martın 27-də Kəlbəcər rayonunun Çıraqlı kəndində itkin düşmüşdü.

Loading

Next Post

Mikayıl Cabbarov: ECO biznes-forumu 200-dən çox iştirakçı toplayıb

İyulun 2-də Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) VI biznes-forumu 200-dən çox iştirakçı toplayıb. Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ECO-nun 17-ci Zirvə görüşündə bildirib. Onun sözlərinə görə, bu forum İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində regional iqtisadi əməkdaşlığın gücləndirilməsi üçün əhəmiyyətli platforma olub. “Tədbirdə əsas diqqət sektorlararası qarşılıqlı əlaqənin dərinləşdirilməsi, […]