MİQ üzrə müsabiqənin ümumi vakansiya seçiminə başlanılır

DogruSozTv Az
Oxunma vaxtı:42 Saniyə


Avqustun 12-si saat 15:00-dan etibarən müəllimlərin işə qəbulu üzrə (MİQ) müsabiqənin müddətsiz müqavilə ilə ümumi vakansiya seçimi mərhələsinə başlanılır.

Bu barədə  Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, namizədlər elektron ərizə formalarında ən çoxu 8 vakant yer seçmək hüququna malikdirlər. Seçilmiş vakant vəzifələrə yerləşdirilmə namizədin göstərdiyi ardıcıllıq nəzərə alınmaqla həyata keçirilir.

“Nəzərinizə çatdırırıq ki, namizəd seçdiyi vakant yerə yerləşdirildikdən sonra həmin yerdən imtina etdiyi halda, müsabiqənin növbəti vakansiya seçimi mərhələlərində iştirakı təmin olunmayacaq. Qeyd edək ki, ümumi vakansiya seçimi prosesi 15 avqust saat 15:00-dək davam edəcək. Bununla yanaşı bildiririk ki, 8 avqust tarixindən etibarən həyata keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsi 10 avqust saat 11:00-da başa çatıb”, – qeyd olunub.

Loading

Next Post

Şahbuzda avtomobil aşıb, sərnişin ölüb

Şahbuzda yol qəzası baş verib, ölən var. Hadisə Şahbuz-Batabat magistralında baş verib. Belə ki, “VAZ 21013” markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə maşın yoldan çıxaraq aşıb. Qəza zamanı avtomobildə olan Şahbuz sakini, 1950-ci il təvəllüdlü Ə. Cəlilova həyatını itirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.