8 Martla əlaqədar məktəb direktorlarına TAPŞIRIQ

Oxunma vaxtı:31 Saniyə

8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar təhsil müəssisələrinə təlimat göndərilib.

Təhsil müəssisələrinin rəhbərlərinə təlimata əməl olunmasının zəruriliyi vurğulanıb, müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, Bakıda yerləşən orta məktəblərin rəhbərləri ilə görüş keçirilib. Qarşıdakı dövr üçün nəzərdə tutulan bir sıra məsələlərə nəzarətin artırılmasının, o cümlədən qurumlararası və daxili kommunikasiyanın gücləndirilməsinin vacibliyinə toxunulub.

Müdir müavini tədrisin təşkilində məktəb direktorlarının üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin əhəmiyyətini vurğulanıb, müvafiq tövsiyələr verilib.

Görüşdə şagird yerdəyişməsi, birinci sinfə qəbul, məktəb-icma əlaqələrinin tədrisin keyfiyyətinin artırılmasına təsiri, valideyn təşəbbüslərinin tənzimlənməsi, xüsusilə 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində təhsil müəssisələrinə göndərilən təlimata əməl olunmasının zəruriliyi ilə bağlı fikirlər səsləndirilib.

Loading

Next Post

Azərbaycanda daha 3 gün qar yağacaq - XƏBƏRDARLIQ

Sabah gündüzdən martın 2-dək Bakıda və Abşeron yarımadasında arabir sulu qar, qar yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.  Qeyd olunub ki, bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Havanın minimal temperaturu gecə 1-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacaq. Fevralın 28-də bəzi şərq rayonlarında, […]