Azərbaycanda daha 3 gün qar yağacaq – XƏBƏRDARLIQ

Oxunma vaxtı:33 Saniyə

Sabah gündüzdən martın 2-dək Bakıda və Abşeron yarımadasında arabir sulu qar, qar yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. 

Qeyd olunub ki, bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Havanın minimal temperaturu gecə 1-5 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti olacaq.

Fevralın 28-də bəzi şərq rayonlarında, martın 1-dən 2-dək isə əksər rayonlarda arabir sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimal olunur. Havanın minimal temperaturu Aran rayonlarında 1-6, dağlıq rayonlarda 8-13, yüksək dağlıq ərazilərdə isə 17-22 dərəcə şaxta olacaq.

Ölkə ərazisində gözlənilən şaxtalı və qarlı hava şəraiti ilə əlaqadar bəzi yollar buz bağlayacaq.

Loading

Next Post

Erməni saxtakarlığının hamisi, müdafiəçisi Zatulin -  zühur edən “qırxıqbaş” - ŞƏRH

Rusiyanın başqa dövlətlərlə münasibətinin korlanması üçün üçüncü, dördüncü və sair qüvvələri axtarmağa ehtiyac yoxdur. Belələri hakimiyyətə yaxındır, yəqin elə onların bir qisminin acıq, hikkə və kinini ifadə edir. Rusiya Dövlət Duması xarici işlər, MDB ölkələri və həmvətənlərlə işlər üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin çıxış, mövqe və açıqlamaları ilə […]