İlham Əliyev: Avropanın enerji təhlükəsizliyini Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil

Oxunma vaxtı:24 Saniyə

Bu gün əgər biz Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə mətbuata bəyanatında deyib.

“Hazırda Gürcüstan daxil olmaqla, Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir”, – deyən dövlətimizin başçısı vurğulayıb ki, nəqliyyat-kommunikasiya sahəsində əldə edilmiş nailiyyətlər, yeni inşa olunmuş dəmir yolları, limanlar həm Azərbaycanda, həm Gürcüstanda böyük sinergiya yaradıb və Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib.

Loading

Next Post

Gürcüstan Prezidenti: Cənubi Qafqazda sülh zəruridir

Gürcüstan sülhün və münaqişələrin dialoq yolu ilə həllinin tərəfdarıdır.“Report”un müxbirinin məlumatına görə, bunu Gürcüstan Prezidenti Mixail Kavelaşvili Azərbaycanın Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib. O qeyd edib ki, Cənubi Qafqaza regionun beynəlxalq miqyasda təsirini gücləndirmək üçün sülh lazımdır. “Regionun tam potensialı Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasından sonra […]